Zakir Qaralov rayon prokurorunu işdən çıxardı

zakir-qaralov-rayon-prokurorunu-isden-cixardi
Oxunma sayı: 703

Azərbaycanda rayon prokuroru nöqsanlara görə vəzifəsindən azad olunub. Bu barədə “Qafqazinfo” Trend-ə istinadən xəbər verir. Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, Göygöl rayon prokuroru Fizuli Əliyev işdə nöqsanlara yol verdiyi üçün baş prokurorun əmri ilə tutduğu vəzifədən azad edilib.

Göygöl rayon prokurorunun vəzifəsini müvəqqəti olaraq Gəncə şəhər prokuroru Adil Vəliyev icra edir.