“Zatən, bu, İsa bəy!”

zaten-bu-isa-bey
Oxunma sayı: 658

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri Müsavat Partiyasının Divan üzvü, tanınmış vəkil Osman Kazımov Facebook profilində paylaşıb. Divan üzvü daha sonra yazıb: “O hər zaman qanunları üstün tutduğunu, demokratik dəyərlərə sadiq olduğunu sübut edib. O ömürlük birincilik iddiasında olmadığını, belə xəstə təfəkkürün xalqımız üçün nə qədər ziyanlı olduğunu şəxsi nümunəsi ilə sübut etmək üçün başqanlıqdan gedəcək. O bu gedişi ilə Müsavatın demokratik dəyərlərə göstərdiyi sayğını dünyaya nümayiş etdirmək üçün gedəcək. Zatən, bu İsa bəy! Biz həmişə onun yanındayıq. Çünki o xalqımızın, dövlətimizin, hər bir vətəndaşın yanındadır - dərdinin şərikidir. Əxlaq, ləyaqət kişilik nümunəsidir və Azərbaycanın gələcəyi bu şəxslə bağlıdır”.

O. Kazımov daha sonra müzakirəyə qoşulanlara cavab olaraq qyed edib: “Mən qəlbən İsa bəyin getməsinə tərəfdar deyiləm. Fəqət Müsavat Partiyası və onun başqanı qanunların aliliyinə hörmət edən şəxslərdir və Azərbaycanda tayfa hakimiyyəti deyil hüquqi dövlət yaradılması uğrunda mübarizə aparırlar. Qəlbim İsa bəyin, düşüncəm isə qanunların və İsa bəyin qəbul etdiyi qərarın yanındadır”.