“Zəlimxan ölmədi, canı qurtara...”- Günün şeiri

zelimxan-olmedi-cani-qurtara-gunun-seiri
Oxunma sayı: 2573







Belə baxış olmaz, belə göz olmaz,
Allah, gözlərə bax, nə gözəl baxır.
Belə atəş olmaz, belə köz olmaz,
Allah, gözlərə bax, nə gözəl baxır.

Göylər ulduz verib, ay verib ona,
Yerlər çeşmə verib, çay verib ona.
Peyğəmbər nurundan pay verib ona,
Allah, gözlərə bax, nə gözəl baxır.

Haqqın dərgahından enən işıqdı,
Ömrə naxış vuran bir yaraşıqdı.
Mən gül ağacıyam, o sarmaşıqdı,
Allah, gözlərə bax, nə gözəl baxır.

Baxışlar nə qədər həlim olarmış,
Gözün zarafatı zülüm olarmış.
Zülmün axırı ölüm olarmış,
Allah, gözlərə bax, nə gözəl baxır.

Ürək yüz parçadır, könül yüz para,
Bir gözəl gözündə çəkildim dara.
Zəlimxan ölmədi, canı qurtara,
Allah, gözlərə bax, nə gözəl baxır.