Zəncan da ayağa qalxır

zencan-da-ayaga-qalxir
Oxunma sayı: 638

“Qafqazinfo”nun Günaz TV-nin internet saytına istinadən əldə etdiyi məlumata görə, etiraz günü yaxınlaşdıqca azərbaycanlı fəallara qarşı təzyiqlərdə artır.

Məlumata görə, iki gün öncə Səid bəy Mətinpurun doğum mərasimindən sonra həbs olunan Mehdad Kərəmi, Camal Rzayi və Xəlil Qulaminin evlərində, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən axtarış aparılıb. Məmurlar azərbaycanlı fəallara aid kitab, əlyazmalar, kompyuter və başqa şəxsi əşyaları özləri ilə aparıblar.

Həmçinin ETTELAAT tərəfindən Davud Xudakərəmiyə zəng edilib və ondan Urmiya gölü ilə bağlı çağırışlar və imzatoplama kampaniyası ilə əlaqədar ETTELAAT idarəsinə gəlməs tələb olunub. Məlumata görə, Xudakərəmi bu qanunsuz çağırışa məhəl qoymayıb. Məmurlar isə onun ata evində axtarış aparıb və onu yaxalamaq istəyiblər. Xəbər verilir ki, ancaq Xudakərəmini ələ keçirmək mümkün olmayıb.
Qeyd edək ki, Zəncanlı fəallar bir neçə gündür ETTELAAT tərəfindən telefon vasitəsi ilə təhdid edilir və idarəyə çağırılırlar.