Zəncirvari qəzada 10 nəfər öldü

zencirvari-qezada-10-nefer-oldu
Oxunma sayı: 676

Amerikanın Florida əyalətində baş vermiş zəncirvari avtomobil qəzası nəticəsində ilkin məlumata görə 10 nəfər ölüb. Məlumata görə, ştatın Qeynsvill şəhərində meydana gələn qəzanın səbəbi kimi havanın dumanlı olması və bölqədə baş vermiş yanğın səbəbilə ətrafa yayılna tüstü göstərilir.

Qəzanın ən azı 5 avtomobil və 6 traktor qoşqusunun toqquşması nəticədə meydana gəldiyi bildirilir. Qeyd edək ki, yanğın nəticəsində görmə məsafəsi az olduğu üçün xilasedicilər qəza qurbanlarının yerini ancaq onların səsləri ilə müəyyənləşdirib. Qəzada 18 nəfər xəsarət alıb və yolda avtomobillərin hərəkəti bir müddət məhdudlaşıdırılıb.

anspress