“Zəng et sevgilim, səni axtarıram” yazılmışdı

zeng-et-sevgilim-seni-axtariram-yazilmisdi
Oxunma sayı: 1011

Avtobus sürücüləri ilə yanaşı ictimai nəqliyyatda pul qazananlardan biri də cibgirlərdir. İşləyib, əziyyət çəkmədən başqasının qazancını özününkü bilib onu, cibindən çıxarır. Xülasə, “hazıra nazir olmaq” elə buna demək olar. Vay o hala ki, rayondan gələn olsun. Onun nə ağlına gələr ki, avtobusda, metroda pulunu çıxararlar...

İctimai nəqliyyatda olanlar tək cibgirliklə kifayətlənmir. Avtobus oturacaqlarının arxasına “marker”lə yazılanlar xüsusi diqqət çəkir. Müxtəlif sosial şəbəkələrin adları yazılır. Kimin ağlına nə gəlirsə yazır. Hətta telefon nomrələrinə belə rast gəlmək mümkündür. Bu yaxınlarda avtobusda oturacağın arxasında yazılan nömrə diqqətimi çəkdi. Nömrənin altında da “zəng et sevgilim səni axtarıram” yazılmışdı. Eləmədim tənbəllik həmin nömrəni telfonuma yazdım.

Sevgilimi itirməmişdim ki, axtarım deyə düşündüm. Amma yenə də maraqlı gəldi və avtobusdan düşəndə həmin nömrəni aradım.

Mən: Alo, salam.
O: salam. Kimdi danışan, kim lazımdı? (kobud səslə)
Mən: (susuram)
O: Ala kimdi? (yüksək tonla)
Mən: Bağışlayın deyəsən səhv düşmüşəm.
O: gözün görmür? nömrəni düz yığdaa ala.


Nə isə... Həmin şəxsin danışıq qabiliyyətindən, ünsiyyətindən bir daha mənə bəlli oldu ki, elə avtobusunda oturacağını həmin şəxs yazıb. Düşündüm, görəsən bu “mədəniyyəti” kim ona aşılayıb, hardan, kimdən qidalanıb? Hər halda həmin şəxsin ətrafında da bir necə gənclər var. Və beləcə zəncirvari şəkildə bu ədəbsizlik küləviliyə doğru gedir.

Bütün yaş təbəqələrindən olan insanlar gündəlik bu hallarla qarşılaşır. Çünki belə hallara xoşagəlməz, ədəbsiz hallara bütün avtobuslarda, hətta metroda da rast gəlmək mümkündür. Avtobus oturacaqlarının arxasında yazılan (adlarını çəkmirəm) həmin sosial şəbəkələr (demək olarsa) bir mənalı olaraq məktəblilərdə təəssürat yaradır. Qeyd etmək istərdim ki, avtobusunda rast gəlinən bu tip xoşagəlməz hərəkətləri tək orta məktəb şagirdləri deyil, ali məktəb tələbələri də edir. Avtobusdan istifadə edən sərnişinlərin bəziləri, xüsusilə orta məktəb şagirdləri də mobil telefon vasitəsilə həmin “sosial şəbəkələrdən” istifadə etməkdən belə çəkinmir, hətta günün müxtəlif saatlarında asudə vaxtlarını orada keçirir.

Bütün bunlar orta məktəbdə də geniş kütlə halını alır. Ondan buna, bundan ona. Beləliklə həmin şagirdlər gecələrdə bir-birləri ilə həmin şəbəkə vasitəsilə yazışırlar. Bu mühitdə qızlarında sayı oğlanlarda heç də geri qalmır. Bəzən oğlanlar qız adı ilə, qızlarsa oğlan adi ilə daxil olmaqla səmərsiz vaxt keçirirlər. Bunlar da dərsdən yayınmaq və xüsusilə başqa məcraya da yön ala bilir. Hətta belə sosial şəbəkələrdən istifadə edənlər cinayətdə törədə bilir. Bu tip sosial şəbəkələrdə sözləri düz gəlməyənlər real olaraq görüşüb “məsələyə” aydınlıq gətirirlər. Belə halların baş verməsi gənc nəslin mənəvi-psixologiyasının korlanmasına, ölkədə təhsilin səviyyəsinə, keyfiyyətinə də mənfi təsir göstərir. Belə halların qarşısının alınması çox vacidir.

Fikrimcə bu kimi halların qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir. Bundan başqa avtobus oturacaqlarında yazılan qiz və ya oğlan adlarına, düşük “müraciətlərə” və müxtəlif ədəbsiz sözlərə də rast gəlinir ki, elə bunlar da həmin şəxslərin səviyyəsindən xəbər verir. Küçədə, yolda müxtəlif yerlərdə bu tip yazıların yazılması da ədəbsizlikdə olsa artıq gözümüz alışıb. O yazıları indi biz ictimai nəqliyyatda əyləşdiyimiz yerlərdə açıq aydın oxuya bilirik. Kimimiz qınayır, kimimizsə istifadə edib məmnun qalıb, səhərisi gün də bir “marker” biz alırıq....

Ardı olacaq....