Zərərçəkən istintaqı ifşa etdi

zererceken-istintaqi-ifsa-etdi
Oxunma sayı: 660

9:30-a təyin olunan proses hakim Elxan Süleymanov sədrliyi ilə keçirildi. Proses zamanı zərərçəkən Araz Ələkbərov dindirildi. O, məhkəmə sədrinə bir-birinə zidd olan ifadələr verdi. Hakimin “sənin köynəyini kim cırıb?” sualına zərərçəkənin cavabı bu şəkildə oldu: “Köynəyimi prokurorluqda dəyişiblər”.

Məhkəmə prosesində durmadan ağlayan A.Ələkbərova həkim yardım edib. Prosesi izləyən jurnalistlərə isə çəkiliş aparmağa icazə verilməyib.

Qeyd edək ki, V.İsgəndərli bu il aprelin 17-də İctimai Palatanın mitinqindən 2 saat əvvəl saxlanılıb.

Onun barəsində Nəsimi Rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra barəsində cinayət işi olduğu əsas gətirilərək həbs müddəti uzadılıb. O, Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir. Hüquq müdafiəçisi özünə qarşı ittihamları qəbul etmir, qondarma olduğunu və siyasi hakimiyyətin göstərişi ilə quraşdırıldığını deyir. İş üzrə 11 şəxsin adı zərərçəkən kimi keçir. Onlardan 3 nəfərinin psixi xəstə olduğu barəsində arayışlar var.

musavat.com