“Zerkalnı” nömrələrin qiyməti qanuniləşdi - Qiymət siyahısı

zerkalni-nomrelerin-qiymeti-qanunilesdi-qiymet-siyahisi
Oxunma sayı: 701

“Qafqazinfo” xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunub. Dəyişiklikdə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyası üzrə tariflər müəyyən olunub.

Belə ki, nömrə nişanı 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 rəqəmləri ilə olduqda müxtəlif hərflərdən ibarət nömrəyə görə 1500, həmin rəqəmlər seriyası eyni hərflərdən ibarət olduqda 2500 manat rüsum ödəniləcək.

Nömrə nişanları 100, 200, 300, 400, 500, 600, 700, 800 və 900 rəqəmlərindən və müxtəlif hərflərdən ibarət olduqda 1000, eyni hərf olduqda isə 1500 manat, 111, 222, 333, 444, 555, 666, 777, 888 və 999 rəqəmlər ilə müxtəlif hərflərdən ibarət nömrəyə görə 500 manat, eyni hərflər olduqda isə 1000 manat dövlət rüsumu nəzərdə tutulur.

Digər dövlət qeydiyyat nişanlarının verilməsinə görə 18 manat məbləğində rüsum nəzərdə tutulub.

Qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin cümə günü keçirilən iclasında müzakirəyə çıxarılıb.