“Zerkalo”, “Exo”, “525-ci qəzet”, “Bizim yol”, “Ədalət” də dayandı

zerkalo-exo-525-ci-qezet-bizim-yol-edalet-de-dayandi
Oxunma sayı: 840

Qəzetin baş redaktoru Elçin Şıxlı “Media forum” saytına deyib ki, belə hava şəraitində çalışmağın mənası yoxdur: “Biz qəzeti hazırlayıb çapa versək belə, zəhmətimiz əlimizdə qalacaq. Çünki bu cür hava qəzetlərin yayımına olduqca mənfi təsir edib. 3 fevral sayımız çıxmayacaq. Redaksiyası bizimlə qonşuluqda olan “Exo” qəzeti də eyni qərarı verib”.
“Media forum” saytına açıqlamalarında “525-ci qəzet”in baş redaktor müavini Yusif Rzayev, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev də nəşrə bir günlük fasilə verildiyini bildiriblər.
“Ədalət” qəzeti də fevralın 3-də köşklərə çıxmayacaq.
“Media forum” saytı xatırladır ki, “Yeni Müsavat” və “Azadlıq” qəzetləri də hava şəraitinə görə fevralın 2-də çalışmamağa qərar verib.