Zəvvarlar həccdən qovuldu

<b>Zəvvarlar həccdən qovuldu</b>
Oxunma sayı: 182

Bu haqda məlumatı İran xarici işlər nazirinin parlament və konsulluq işləri üzrə müavini Həsən Qəşqavi jurnalistlərə açıqlamasında bildirib. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Mədinə aeroportunda saxlanan zəvvarların ölkədən çıxarılmasını onların saxta vizalardan istifadə etməsi ilə əlaqələndirir.

İranlı zəvvarlar isə vizaları Səudiyyə Ərəbistanının Məşhəd şəhərindəki konsulluğundan aldıqlarını bildirir.Həsən Qəşqavi isə jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanından qovulan iranlı zəvvarların problemli vizalarından danışıb: “Bu zəvvarlar öz vizalarını İran Həcc və Zİyarət Təşkilatı vasitəsi ilə yox, özləri birbaşa Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğundan alıblar. Bu isə Mədinə aeroportunda onların kimliklərinin kompüterlə yoxlanılmasında problemlər yaradıb. Lakin bir məsələdə var ki, Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğunun həmin şəxslərə verdiyi vizalar kodsuz olub. Biz bunun səbəbini öyrənməyə çalışacağıq”.

Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanından qovulan 150 iranlı zəvvar arasında adları açıqlanmayan 5 ruhani və tanınmış məddahlar Murtuza Tahiri və Möhsün Tahiri də var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi