Zəvvarları daşıyan avtobus körpüdən aşdı, 32 ölü

zevvarlari-dasiyan-avtobus-korpuden-asdi-32-olu
Oxunma sayı: 634

“Qafqazinfo”nun “Sabah” qəzetinə istinadən xəbərinə görə, qəzada 32 nəfər ölüb.

Polis əməkdaşları Hindistanın mərkəzində baş verən qəzada 20 nəfərdən artıq insanın yaralandığını bildiriblər. Yaralıların Maharaşta əyalət xəstəxanasına çatdırıldıqları xəbər verilir.

Özəl bir turizm şirkətinə məxsus olan avtobusun Heydərabad şəhərindəki bir məbəddən dönərkən Osmanabad bölgəsində körpüdən düşdüyü bildirilir.

Rəsmilər qəzada həlak olanların şəxsiyətərini müəyyənləşdirməyə və qəzanın səbəblərni araşdırmağa çalışırlar.