Zeynəb Xanlarova Ərdoğanı mədh edib

zeyneb-xanlarova-erdogani-medh-edib
Oxunma sayı: 818




Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfərində baş verən daha bir maraqlı məqam bəlli olub. “Qafqazinfo”nun məlumatına görə, bu dəfə maraqlı hadisə qardaş ölkənin baş nazirinin şərəfinə verilən ziyafət zamanı qeydə alınıb. Belə ki, ziyafət salonunda iştirak edən Milli Məclisin deputatı, SSRİ xalq artisti Zeynəb Xanlarova Türkiyənin baş naziri ilə görüşüb. Daha doğrusu bu görüş ayaqüstü, prezident İlham Əliyevlə, Rəcəb Tayyib Ərdoğan salonu tərk edəndə baş tutub. Lakin SSRİ xalq artisti, Türkiyə ictimaiyyətinin Azərbaycan sənətçiləri arasında ən çox tanıdıqları və sevdikləri Zeynəb Xanlarova ayaqüstü də olsa ürəyini boşalda bilib. O, Türkiyə baş nazirinə xitabən uca səslə “Siz dünyanın liderisiniz, nə yaxşı ki, Siz varsınız, Allah Sizi qorusun, Azərbaycanın arxasından çəkilməyin, mən Sizinlə fəxr edirəm, Siz çox böyük siyasətçisiniz, eşq olsun Sizə”-deyib.

SSRİ xalq artisti sonra Azərbaycan prezidentinə tərəf üzünü tutaraq “Siz də ər oğlu ərsiniz, bir yerdə olun, ayrılmayın, qoy gücümüzü bütün dünya görsün”-kimi fikirlər səsləndirib.

Hər iki ölkənin lideri Zeynəb Xanlarovanın sözlərini məmnunluqla qarşılayıblar.

Maraqlı bir xatırlatma verək ki, SSRİ xalq artistinin siyasi liderlərə tərifli müraciətləri hər zaman, daha doğrusu hər siyasi liderin iqtidarı dövründə olub.