Zibil

zibil
Oxunma sayı: 874

Zibil də özünə görə bir həqiqətdir. Həqiqət gözünə girəndə onu görməsən gözün tökülər.

***

Azərbaycanın Avropa, Rusiya sənətçiləri arasında populyar olan maraqlı bir rəssam oğlu vap: Babi Badaloff. Babi çox qeyri-adi bir adamdır. Birdən görürsən əcaib kuklalar düzəldir, çənəsinin altında nazik bığ saxlayır, əzilmiş siqaret qutularını toplayıb sərgisini təşkil edir vs.
Bir dəfə Londona gedirdi Babi abimiz! Əlində də 7-8 zənbil... İlk baxışdan elə zənn edərdin al-ver üçün nəsə aparır. Ancaq o, Londona Azərbaycan zibili aparırdı! Bəlkə də, inanmayacaqsınız, Seyid Mürsəl ağanın cəddi haqqı düz deyirəm! Hətta sonra məlum oldu ki, bu zənbillərdə nəinki Bakı, üztəlik Gəncə, Sumqayıt, hətta Tiflis zibili də var. Bunu biləndə artıq gülməkdən özümü saxlaya bilmədim. Dedim, yoldaş Badalaoff, öz zibilimizə yiyə durursan yaxşı, day Tiflis zibilinin zəhmətini niyə çəkirsən? Maşallah, zibildən kalanıq! İstənilən yerdən torbalarını doldur, uzağı Londonda deyərsən Tiflis, yaxud İrəvan zibilidi. Babi dedi, yox, sizdə sənət duyğusu yoxdu, mənim bu hərəkətim öz əqidəmə xəyanət olardı... Axı hər məmləkətin zibili ilə o məmləkətin insanlarının həyat tərzini və xarakterini təyin eləmək olur! Bəli, elə beləcə də dedi Babi Badaloff...

Not: Bizimkilər sitqaret qutusunu əzməmiş, siqareti isə kötüyünə qədər sümürməmiş atmırlar. Bu nə deməkdir? Məncə Babi belə cavab verərdi: «Biz kasıb və qəzəbli xalqıq».