Zinət əşyaları oğrusu tutuldu - Kriminal xəbərlər

zinet-esyalari-ogrusu-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 853

Oktyabrın 17-si saat 04:30 radələrində Şəki şəhər sakini Rüstəm Abdurəhmanov və Abşeron rayon sakini Asif Əsədullayev H.Ağamalıyev küçəsində yaşayan Qabil Əmiraslanova məxsus “VAZ-2106” markalı avtomobilin qapısını açaraq qaçırmağa cəhd etdiklərinə görə Binəqədi RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə 4-cü PB-yə təhvil veriliblər.

Oktyabrın 18-i saat 04 radələrində Bibiheybət məscidindən şəhər istiqamətinə gedən yolda Bakı şəhər sakini Asim Məmmədov idarə etdiyi “Mersedes” markalı avtomobili səkiyə vurub və nəticədə avtomobil dərəyə düşüb. Sürücü A.Məmmədov hadisə yerində ölmüşdür.
Oktyabrın 17-si saat 20 radələrində Sabunçu qəsəbəsi Bakı fəhləsi küçəsində Məhəmməd Baxışov idarə etdiyi “Shaolin” markalı 260 saylı xətt avtobusu ilə Vaqif Gülməmmədovun idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub. Nəticədə, «Mersedes» markalı avtomobilin sürücüsü V.Gülməmmədov və sərnişini Olqa Əlizadə ölmüş, avtobusun sürücüsü M.Baxışov isə 3 saylı xəstəxanaya yerləşdirilib.

Səbail RPİ 8-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Astara rayon sakini Şamil Quliyev oktyabrın 17-də tutulub. Məlum olub ki, o, 2010-cu il avqustun 19-da Əliyarbəyov qardaşları küçəsində yaşayan Elina Bayın evindən açıq qapıdan keçməklə 2000 ABŞ dolları, 2011-ci il sentyabrın 21-də V.Muradov küçəsində yaşayan Bağır İsmayılovun evindən pəncərədən keçməklə 150 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları, sentyabrın 10-dan 14-dək olan müddətdə Xanlar küçəsində yaşayan Məqsudə Məmmədovanın mənzilindən eyvandan keçməklə 1 ədəd qızıl üzük və 300 manat, iyunun 11-də isə Əlibəyov qardaşları küçəsində yaşayan Teymur Aslanovun mənzilindən açıq qapıdan keçmək yolu ilə 80 manat və qızıl-zinət əşyaları oğurlayıb.

Nərimanov RPİ NMB-in əməkdaşları keçirilən əməliyyat tədbirləri nəticəsində Sabir küçəsində yaşayan Bəşir Məhərrəmovdan 1 ədəd sandıqçası və 6 ədəd patronu ilə birlikdə 1 ədəd «Makarov» tipli tapança aşkar edərək götürüblər.

Oktyabrın 11-nə keçən gecə Keşlə yük həyəti 5-in qarşısında Bakı şəhər sakinləri Elşən İsayevə məxsus «Maz», Oruc Bayramova və Ağamusa Əsgərova məxsus «Kamaz» markalı yük maşınlarının hər birindən 2 ədəd akkumliyator oğurlanıb. Nərimanov RPİ 17-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Hafiz Məmmədov oktyabrın 17-də tutulub.

Oktyabrın 14-də II Alatavada 2 naməlum şəxs Bakı şəhər sakini Zaur Ağayevi döyərək cibindən 800 manat və 700 ABŞ dolları götürərək gediblər. Yasamal RPİ CAŞ və 29-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Natiq Əzimov və Şamaxı rayon sakini İlqar Əliyev oktyabrın 17-də tutulublar.

Sentyabrın 22-də naməlum şəxs Talıblı küçəsində yerləşən Bakı şəhər sakini Bəxtiyar Mehtiyevə məxsus mağazaya daxil olaraq ona hədə-qorxu gəlməklə kassadan 100 manat və 150 manat dəyərində danışıq kartları götürüb gedib. Yasamal RPİ CAŞ və 29-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Əli İbrahimov oktyabrın 17-də tutulub.