Ziya Məmmədov 100-dən çox sürücünü işdən qovdu

ziya-memmedov-100-den-cox-surucunu-isden-qovdu
Oxunma sayı: 684

Bu barədə ANS TV-nin “Günə Baxan” verilişində Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov canlı efirdə bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, qəzaların sayını azaltmaq üçün Nəqliyyat Nazirliyi tərəfindən sürücülərin ad, familiyası və onlar haqqında məlumatlar avtobusların içərisində xüsusi lövhədə qeyd olunacaq.

Namiq Həsənovun sözlərinə görə, sərnişilər Nəqliyyat Nazirliyinin “Qaynar xətti”nə avtobus sürücüsünün səhlənkarlığı, törətdiyi qəzalar və s. şikayətlər barədə elə yerindəcə məlumat verə biləcəklər.

Namiq Həsənovun sözlərinə görə, bunun sayəsində Nəqliyyat Nazirliyi sərnişinlərin köməyilə sürücülərin fəaliyyətinə birbaşa nəzarət edə biləcək.