Ziya Məmmədov İtaliya şirkətinin yolunu kəsdi – Fotosessiya

ziya-memmedov-italiya-sirketinin-yolunu-kesdi-fotosessiya
Oxunma sayı: 844

Yeni çəkilən Ələt-Astara avtomobil yolunun tikintisini aparan İtalyanın Todini şirkətinin işi bu gün dayandırılıb. Bu barədə “Qafqazinfo”ya “Demokratiyaya Yardım” İctimai birliyinin sədri Emil Məmmədov məlumat verib. Onun sözlərinə görə, şirkət yol tikintisi üçün torpağı Salyanın Babazanan dağ massivindən daşıyırdı. Bunun üçün yüklə birgə çəkisi 65 ton olan torpaq daşıyan maşınlar hər gün Ələt-Astara yolunun Kür çayı üzərindəki körpüsündən 5-10 dəfə keçib: “Bu səbəbdən də körpüdə hər an təhlükə yarana bilərdi. Baş verənlərə baxış keçirən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin ekspertlərinin rəyi nəticəsində Todininin körpüdən keçərək torpaq daşıyan maşınlarının hərəkətinə qadağa qoyularaq alternativ daşınma yolu tapılması təklif olunub. Adıçəkilən körpü ərazidə yeganə olduğundan şirkət yük maşınlarını Kür çayından keçirmək üçün hərbi tipli pantonlardan istifadə etməli olacaq”.