Ziya Məmmədov qiymətləri qaldırır

ziya-memmedov-qiymetleri-qaldirir
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov deyib. Nazir bildirib ki, ictimai nəqliyyatda gediş haqlarına yenidən baxıla bilər: “Gediş haqlarının dəyişməsi isə artım istiqamətində olacaq. İctimai nəqliyyatda çalışan şirkətlər də bu sahəyə investisiya yatırmaq üçün maraqlı olmalı və gəlir əldə etməlidirlər. Bu sistem tətbiq olunandan sonra gediş haqlarının plastik kartlar vasitəsilə ödənişinə də başlanacaq”.

Z. Məmmədov tariflərə yenidən baxılacağı tarixi dəqiq açıqlamasa da, o, bu məsələnin aktual olduğunu qeyd edib.

Nigar Məmmədli