Ziya Məmmədovun fəhlələri tətilə hazırlaşır

ziya-memmedovun-fehleleri-tetile-hazirlasir
Oxunma sayı: 638



Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisində Gürcüstan tərəfdə işləyən azərbaycanlı fəhlələrin maaşları 3 aydır verilmir. Bu barədə “Qafqazinfo”ya maaşlarını ala bilməyən fəhlələr məlumat verib. Onlar artıq 3 aydır əmək haqlarının gecikdiyini, işçilərin, hətta tətil etməyi planlaşdırdıqlarını deyiblər.

“Qafqazinfo” faktla bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə saxlayıb. Mətbuat xidmətinin rəhbəri bu barədə məlumatsız olduğunu, məsələni araşdırandan sonra cavab verəcəyini deyib.

Bir qədər sonra redaksiya ilə əlaqə saxlayan N. Həsənov bildirib bu məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Nərgiz