Ziya Məmmədovun işçisi qətlə yetirildi

ziya-memmedovun-iscisi-qetle-yetirildi-
Oxunma sayı: 644

Bakıda qətl hadisəsi törədilib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, oktyabrın 10-da saat 23 radələrində Qurd Qapısı adlanan ərazidə yerləşən qəbiristanlıqdakı yolda dayanmış “Mersedes C200” markalı avtomobilin arxa oturacağında 1961-ci il təvəllüdlü Cəfər Axundovun meyiti tapılıb.

İlkin araşdırmalardan sonra onun daxili orqanlarının zədələndiyi, qabırğalarının sındırıldığı müəyyənləşib. Həmçinin meyitin üzərində çoxsaylı sıyrıqlar, zərbə izləri aşkarlanıb.

Qeyd edək ki, öldürülmüş şəxs Nəqliyyat Nazirliyində dəmir yolu müfəttişi işləyirmiş. Onun kim və ya kimlər tərəfindən döyülərək öldürülməsi hələlik məlum deyil.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.