Ziya Məmmədovun ortağı həbs olundu

ziya-memmedovun-ortagi-hebs-olundu
Oxunma sayı: 1141

Bir gün əvvəl Respublika Prokurorluğu “AQ Inşaatçı Servis” Məhdud Məsuliyyətli Cəmiyyətin sabiq direktoru Şakir Əliyevin həbsinə sanksiya verib. Prokurorluğun məlumatında bildirilir ki, Şakir Əliyev cəmiyyətin direktoru vəzifəsində çalışarkən dələduzluq edərək vətəndaşların 1 milyon 243 min manat pulunu mənimsəyib.
Apardığımız araşdırmalar zamanı bəlli olub ki, “AQ Inşaatçı Servis”in təsisçiləri Akif və Qulam adlı şəxslərdir. Cəmiyyətin adındakı “A” və “Q” hərfləri də bu şəxslərin adını simvolizə edir. Akif və Qulam adlı şəxslər nəqliyyat naziri Ziya Məmmədovun ortaqlarıdır. Onlar nazirin biznesində əhəmiyyətli rola malikdirlər. Həbs edilən Şakir Əliyevə gəlincə, o, heç də cəmiyyətin sabiq direktoru olmayıb. Şakir Əliyev həbs edilənədək “AQ Inşaatçı Servis”in direktoru vəzifəsində çalışıb. Həbs ediləndən sonra Akif və Qulam istintaqda onun sabiq direktor kimi “oformit” edilməsinə nail olublar. Şakir Əliyevin də Ziya Məmmədovun biznesində rol aldığı bildirilir.

“AQ Inşaatçı Servis”in Ziya Məmmədova məxsus “ZQAN Holdinq”in tərkibinə daxil olub-olmadığını dəqiqləşdirə bilmədik.

Azadlıq Qəzeti