Ziyalılar Forumu növbəti toplantısına hazırlaşır

ziyalilar-forumu-novbeti-toplantisina-hazirlasir
Oxunma sayı: 647

Bunu “Yeni Müsavat”a forumun üzvü, politoloq Eldar Namazov dedi. O bildirdi ki, artıq forumu internetdən də izləmək mümkün olacaq, toplantıya qədər gənclərlə birgə forum da keçirəcəklər.

E.Namazov toplantının dekabra salmalarının səbəbləri barədə də danışdı: “Forumun üzvü Rüstəm İbrahimbəyovun teatrının yubileyi münasibətilə bir çox ölkələrdə tamaşalar planlaşdırılıb. O, səfərə çıxmalı idi. Cəmil Həsənlinin də xaricə səfəri var. Mənim də xaricə iki səfərim olacaq. Qərara gəldik ki, təşkilatçıların Bakıda olduğu vaxt böyük toplantı təşkil edilsin”.
E.Namazov dedi ki, Ziyalılar Forumunda iştirakla bağlı xeyli sayda təklif alıblar: “Çalışacağıq növbəti forumda hamının iştirakını təmin edək”.
Politoloq dedi ki, Ziyalılar Forumunun toplantıları internetdə yayımlansa, bölgələrdəki insanlar da izləyə biləcək. Gənclərlə birgə tədbirə gəlincə isə E.Namazov qeyd etdi ki, potensiallı gənclər təşkilatları ilə maraqlı tədbirlər hazırlamaq məqsədilə görüş və məsləhətləşmələr aparırlar.
“Davamlı tədbirlərin keçirilməsinin ziyalılara təzyiqləri artıra bilərmi” sualına cavabında E.Namazov dedi ki, məqsədləri cəmiyyətdə qarşıdurma yox, birlik yaratmaqdır: “Tədbirlərimiz jurnalistlər üçün açıq olur. Bizim təkliflər islahatlarla, Azərbaycanda demokratik inkişafı təmin etməklə bağlıdır. Mövqeyimiz dövlətçilik maraqlarına tam uyğun olduğuna görə bu yolla əminliklə gedirik. Nə süni qarşıdurmanın tərəfdarıyıq, nə də mövqeyimizdən geri çəkilmək fikrimiz var. Yaxşı olar ki, hamı bunu anlasın. İslahatlar qaçılmazdır. Onu həyata keçirmək mütləqdir”.