Ziyalilar Forumu Rüstəm İbrahimbəyovun Bakiya qayıtmasını gözləyir

ziyalilar-forumu-rustem-ibrahimbeyovun-bakiya-qayitmasini-gozleyir
Oxunma sayı: 685

Məlumatı “Media forum” saytına Azərbaycan Ziyalılar Forumunun qurucularından olan professor Rafiq Əliyev verib.

Rafiq Əliyevin sözlərinə görə, müzakirəyə hansı mövzuların çıxarılması hələ dəqiqləşməyib: “Bir neçə mövzu planlaşdırmışıq. Amma dəqiqləşdirməmişik. Forumun qurucularından olan yazıçı Rüstəm İbrahimbəyovun Moskvadan qayıtmasını gözləyirik”.

Professor forumun toplantısı üçün heç kimə dəvət göndərməyəcəklərini bildirib: “Mediada toplantının yeri, vaxtı elan olunacaq. Kim istəyir, gəlib sözünü deyə bilər. Qapılarımız bizə qoşulmaq istəyən insanların üzünə açıqdır”.

Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılıb. Qurumun missiyası ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır.