“Ziyalıların əzildiyi ölkəyə xoş gəlmisiz!” - Aksiya

ziyalilarin-ezildiyi-olkeye-xos-gelmisiz-aksiya
Oxunma sayı: 633

Hərəkatın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, aksiyanı keçirməkdə məqsəd son dövrlər Azərbaycnda ziyalılara qarşı dövlət tərəfindən aparılan repressiv təbliğat və diskriminasiya siyasətinə dur demək olub. Dalğa Gənclər Hərəkatı akademik Rafiq Əliyevin işdən azad edilməsini, buna paralel olaraq, Ziyalılar forumunun üzvlərinə qarşı təbliğatın aparılmasını pisləyir: “Bunun nəticəsidir ki, daha bir ziyalı, yazar Rafiq Tağıya qarşı sui – qəsd edilib. Əgər dövlət ziyalısına sahib çıxmazsa sui – qəsdlər bundan sonra da olacaq”.

Aksiyada 3 dildə yazılmış (Azərbaycan, Rus, İngilis) “Ziyalıların əzildiyi ölkəyə xoş gəlmisiz!” şüarından istifadı edilib. Aksiyanın keçirilməsi üçün Heydər Əliyev prospektinin seçilməsinə səbəb Bakı Beynəlxalq Hava Limanından Azərbaycana gələn qonaqlara ölkədəki vəziyyət haqqında həqiqi mesajı çatdırmaq olub.