Zooparkda pələng uşağı ağır yaraladı

zooparkda-peleng-usagi-agir-yaraladi
Oxunma sayı: 862

İslamazeri.az-ın “AA”-ya istinadən verdiyi xəbərə görə, Rusiyanın Amursk bölgəsindəki səyyar zooparkların birində Sibir pələngi ilə şəkil çəkdirmək istəyən 3 yaşlı uşaq qəfəsin qarşısında dayandığı anda pələngin hücumuna məruz qalaraq, aldığı pəncə zərbələri ilə ağır yaralanıb.

Verilən məlumatda, valideynləri tərəfindən qəfəsin önünə qoyulan uşağın, hücum nəticəsində kəllə-beyin travması aldığı, bədənində parçalanmalar olduğu və həyati təhlükəsinin davam etdyini bildirilir.