Cabbar Savalanlı universitetə bərpa olunmaq üçün müraciət etdi

cabbar-savalanli-universitete-berpa-olunmaq-ucun-muraciet-etdi
Oxunma sayı: 640

Məlumatı “Media forum”saytına vəkil Anar Qasımlı verib. Onun sözlərinə görə, müraciəti bir neçə gün öncə etsələr də, hələ cavab almayıblar.

Cabbar Savalanlı 2011-ci il fevralın 5-də tutulub, narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il dekabrın 26-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. Həbs olunan zaman Sumqayıt Dövlət Universitetinin ikinci kurs tələbəsi olan 2011-ci ilin aprelində bu təhsil ocağından xaric edilib.