Cabbar Savalanlı və Bəxtiyar Hacıyevin məsələsi Avropada müzakirə edilib

cabbar-savalanli-ve-bextiyar-haciyevin-meselesi-avropada-muzakire-edilib
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, görüşdə Azərbaycanda mətbuat və söz azadlığı ilə bağlı yaranmış durum, eyni zamanda İnstitutun Azərbaycanla bağlı gələcək perspektiv fəaliyyəti müzakirə olunub. Eynulla Fətullayev təşkilat rəhbərliyinə onun azadlığa çıxması üçün gördüyü işlərə görə təşəkkürünü ifadə edib. Keçmiş vicdan məhbusu institut rəhbərliyini hazırda həbsdə olan blogerlər Cabbar Savalanlı və Bəxtiyar Hacıyevin tezliklə azadlığa buraxılması üçün fəaliyyətlərini gücləndirilməyə çağırıb.

İcraçı direktor noyabr ayında Azərbaycana səfər edəcəyini və ölkə başçısı ilə görüşəcəyini deyib.

Baş redaktor bu gün ATƏT-in media üzrə səlahiyyətlisi Dunya Myatoviçlə görüşəcək.

Qeyd edək ki, “İnsan Haqları Uğrunda” İctimai Hərəkatın sədri Eynulla Fətullayev Avropa İttifaqının Avstriyanın paytaxtı Vyanada 11 sentyabr terror hadisəsinin 10 illiyinə həsr olunan konfransda iştirak edir. Tədbirdə məruzəçi qismində Avropa İttifaqı Komissiyasının Avstriya üzrə rəhbəri Rixard Kuner, ATƏT-in Söz Azadlığı üzrə komissarı Dunya Myatoviç, Avstriyanın Sərhədsiz Reportyorlar Təşkilatının prezidenti Rubina Möhrinq, ABŞ-ın ATƏT-dəki rəhbəri İan Kelli iştirak edəcəklər. Konfransda Azərbaycanı keçmiş vicdan məhbusu, “İnsan Haqları Uğrunda” İctimai Hərəkatın rəhbəri Eynulla Fətullayev təmsil edəcək.