Cağatay Ulusoy onunla sevgili oldu

Cağatay Ulusoy onunla sevgili oldu
Oxunma sayı: 1775

Uzun müddətdir ki, ABŞ-da yaşayan, iki həftə əvvəl Türkiyəyə qayıdan aktyor Cağatay Ulusoy yeni sevgilisi ilə gündəmə gəlib. 

“Qafqazinfo” xəbər verir ki, kino və serial ulduzu 5 gün əvvəl 25 yaşlı aktrisa Bestemsu Özdemirlə dostlarının sayəsində tanış olub, İstanbuldakı gecə klublarının birində əylənib. 

Aktyor daha sonra yaxınlarını villasına dəvət edib, gecəyə orada davam etmək istədiyini bildirib.  Villadakı əyləncədən sonra hər kəs evinə getsə də, Çağatayla Bestemsu tək qalıblar.

Bundan əlavə, cütlük ötən gecə də həmin gecə klubunda bir əyləniblər. Onlar məkanı ayrı-ayrı tərk ediblər, Çağatayın təşvişə düşmüş halı isə kameralarda əks olunub. 

Qeyd edək ki, aktyor “İçerde” serialının çəkilişi zamanı tanış olduğu Duyğu Sarışanla yay aylarında münasibətinə nöqtə qoymuşdu.  





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi