Cahangir Əsgərov helikopterlərlə bağlı imza atdı

cahangir-esgerov-helikopterlerle-bagli-imza-atdi
Oxunma sayı: 934

Azərbaycan və Rusiya Bakıda helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin yaradılmasına dair 2017-cu il üçün Əsas Tədbirlər Planını imzalayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Moskvada 10-cu HeliRussia-2017 Beynəlxalq Sərgisi çərçivəsində Azərbaycanda helikopterlərin əsaslı təmiri və texniki xidmət üzrə servis mərkəzinin yaradılmasına dair danışıqların növbəti raundu keçirilib.

"Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov, “Vertoletı Rossii” Holdinqinin Baş Direktoru Andrey Boqinskiy, "Silk Way Holding"-in Prezidenti Zaur Axundov və “Silk Way Helicopter Services”-in Baş Direktoru Azər Sultanov danışıqlarda iştirak ediblər.

Sözügedən layihə üzrə birgə işə 2016-cı ildə başlanılıb.