“Cahangir Hacıyev əvvəlki vəzifəsini tutur”

cahangir-haciyev-evvelki-vezifesini-tutur
Oxunma sayı: 6248


O, dünən Azərbaycan kubokunun yarımfinal mərhələsində  “Neftçi”yə 2:1 qalib gəlib, amma səfərdəki məğlubiyyətə görə finala çıxa bilmədikləri oyundan sonra sözügedən məsələyə aydınlıq gətirib: “Hazırda Cahangir müəllim klubda əvvəlki vəzifəsini tutur. Mən də öz yerimdəyəm. Hər hansı dəyişiklik, hələ ki, gözlənilmir. Klubun büdəcsinin 50 faiz azaldılması mümkündür. İndidən nəsə demək olmaz. Stadionumuza gəlincə, “İnter Arena” bizim şəxsi mülkümüzdür”.

Nikolov baş məşqçi məsələsinə hələ aydınlıq gəlmədiyini sözlərinə əlavə edib: “Baş məşqçi məsələsinə aydınlıq gəlməyib. Slavço Georgiyevskinin baş məşqçi olacağı isə doğru xəbər deyil. Çünki o, gəncdir, təcrübəsi yoxdur.  Komandaya yeni baş məşqçi gəlməsi məsələsi isə maddi vəziyyətə bağlıdır. Növbəti mövsüm üçün büdcəmiz təsdiqlənsin ondan sonra bu məsələni yoluna qoyacağıq”.

Qeyd edək ki, Cahangir Hacıyev klubun fəxri prezidentidir.