Cahangir Hacıyevə hökm oxundu - 15 il + 63 milyon cərimə

cahangir-haciyeve-hokm-oxundu
Oxunma sayı: 12343

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı ” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Cahangir Hacıyev 15 il azadlıqdan məhrum edilib.

***

Təqsirləndirilənlərdən Azad Cavadov, Anar Sultanov, Məmməd Cahamgirov və Kənan Orucov istintaq dövründə zamində olublar.

Azad Cavadov 10 il 11 ay 9 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Anar Sultanov, Kənan Orucov, Məmməd Cahangirov hər biri 3 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.

Həbsdə olan İlqar Abdullayev də 3 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb və məhkəmə zalında azadlığa buraxılıb.

Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.

***

Beynəlxalq Banka dəyən maddi ziyana görə Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutulub banka ödənsin.

***

Cahangir Hacıyevdən "AqrarKredit" ASC-nin xeyrinə 7 milyon manat tutulub verilməsinə qərar verilib. Bundan başqa Cahangir Hacıyev digər təqsirləndirilənlərə kəsilən cəriməni onlarla müştərək qaydada ödəyəcək.

Murad Əhməd