Cahangir Hacıyevin məhkəməsi başladı

cahangir-haciyevin-mehkemesi-basladi
Oxunma sayı: 1759

Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bugünkü hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.  

Prosesdə Azərbaycan Beynəlxalq Bankı, Vergilər Nazirliyi və “Aqrarkredit” QSC-nin zərərçəkmiş qismində tanındığı bildirilib. 

Təqsirləndirilən C.Hacıyev dövlət tərəfindən ona təyin olunmuş vəkildən imtina edib. Bundan sonra onun hüquqlarını vəkil Fariz Namazlının müdafiə edəcəyini bildirib. 

Proses yanvarın 24-də davam etdiriləcək.

Xatırladaq ki, bundan öncəki məhkəmə işində C.Hacıyev 15 il, D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi sabiq deputatın cəzasını 3 ay azaldıb.

Murad Əhməd