Cahangir Hacıyevin proyekti ilə bağlı – - Aksiya + Video

cahangir-haciyevin-proyekti-ile-bagli-
Oxunma sayı: 1899


“Qafqazinfo” ANS TV-yə istinadən xəbər verir ki, bir neçə nəfər aldadıldığını iddia edərək “Seven Hills” mənzil tikiniti koorporativinin yerləşdiyi binanın qarşısına toplaşıb. Bildirirlər ki, yanvar ayından etibarən MTK-ya məxsus binadan mənzil almaq üçün ipoteka kreditilə ödəniş ediblər. Bəziləri ilkin ödəniş olaraq külli miqdarda pul da ödəyib.

MTK-a ilə bağlanan müqaviləyə əsasən binadakı mənzillər 2017-ci ilin sonua qədər hazr şəkildə təhvil verilməlidir. Şikayətçilərin dediyinə görə, indi Beynəlxaql Bank ayrılan ipotekanın ödənişinin gecikdirildiyi üçün hər bir nəfərdən faiz tələb edir. Ancaq binanın tikilməsi üçün ayrılan ərazidə bünövrə belə qazılmayıb. Halbuki bu müqavilə şərtlərinə ziddir.

“İnsanlar Beynəlxaq Bankın qarantisinə aldanaraq burdan ev almağa gəliblər. Belə ki, hazırda güvənilən layihə budur. İlkin ödənişlərini “Seven Hills” edəcək, Beynəlxalq Bankdan 15 illik kredit götürüblər. Burda olanların kredit borcu 100-150-170 mindir”, - deyə şikayətçi Pərviz Babazadə bildirib.

Müsahiblərimi arasında elələri də var ki, MTK ilə bağladığı müqaviləyə əsasən mənzildən imtina edir. Amma MTK rəhbərliyi ödənişi geri qaytarmaqdan boyun qaçırır.

“Mənzillə bağlı imtina ərizəsi yazmışam, hazırda ödəniş etmirəm. Bankdan isə deyirlər ki, bunun bizə heç bir dəxli yoxdur. Faizlər hesablanacaq, o vaxta kimi ki, şirkətdə rəsmi şəkildə banka bildiriş göndərilməyəcək ki, bu şəxslə bağlanılan müqaviləyə xitam verilib. Mənz həmin vaxta qədər faizlər hesablanılacaq”, - deyə şikayətçi Rəfael Məmmədov qeyd edib. 

Məsələ ilə bağlı MTK-ya məxsus ofisin yerləşdiyi binanın mühafizəçiləri kameramıza əl ataraq bizi agressiv qarşıladı. 

Baş verən bu hadisədən sonra şikayətçi qrup ilə mühafizəçilər arasında mübahisə yaşandı. Vəziyyətdən xəbardar olan və özünü MTK nümayəndəsi kimi təqdim edən Nərmin xanım bizimlə telefon əlaqəsi saxlayara yalnız şifahi məlumat verməklə kifayətləndi.

Nərmin xanımın sözlərinə görə, 2014-cü il dekabr ayında Beynəlxaql Bankla müqavilə bağlanıb ki, tikinti bank tərəfindən maliyyələşdirilsin. Amma bankda baş verən struktur dəyişikliyi layihənin gerçəkləşdirilməsində ləngimə yaradıb.

Bundan başqa qurum nümayəndəsi onuda dedi ki, mənzilini geri qaytarmaq üçün rəsmi imtina ərizəsilə müraciət edən müştərilərin müraciətlərinə baxılır. İlkin ödəniş məbləğlərinin qrafiki tərtib olunaraq hissəli şəkildə ödənilməsinə başlanılacaqdır.

Beynəlxaq bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərlilə əlaqə saxladıq. Qurum rəsmisi yaranmış problemin vətəndaşların maraqlarına uyğun bir sıra üsullarla nəzərdən keçirildiyini diqqətə çatdırıb. Bildirir ki, bank problemin vətəndaşların maraq və mənafelərinə uyğun şəkildə aradan qaldırılması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə çalışacaq.

“Qafqazinfo”