Cahangir Hacıyevlə bağlı daha bir məhkəmə qərarı verilib

cahangir-haciyevle-bagli-daha-bir-mehkeme-qerari-verilib
Oxunma sayı: 4431

2015-ci il dekabrın 5-də həbs edilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin cəzaçəkmə müəssisəindən istintaq təcridxanasına köçürülmə müddəti 2019-cu ilin yanvarın 15-nə qədər uzadılıb.

Bu barədə “Qafqazinfo”ya C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı 2 gün öncə hakim Rufan Mürsəlovun sədrliyi ilə Qaradağ Rayon Məhkəməsində keçirilən məhkəmə prosesinde qərar elan olunub.

Qeyd edək ki, C.Hacıyev 14 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Onunla bağlı yeni cinayət işi başlanılıb. Hazırda istintaq tamamlanlb və C.Hacıyev materiallarla tanış olur. Yaxın vaxtlarda işin məhkəməyə göndəriləcəyi gözlənilir.

C.Hacıyev bu dəfə bankın Moskva filialındakı yeyintilərə görə ittiham olunur.