Cahangirin “Arzu” dueti

cahangirin-arzu-dueti
Oxunma sayı: 680

“Qafqazinfo”nun məlumatına görə, əsasən rusdilli ifaçı kimi tanınan sənətçi Eldar Həsənovun “Meçta” (Arzu) mahnısını ekranlaşdırıb. Kilipi Nail Naiboğlu çəkib. Mahnı Leyla Babayeva ilə duet şəklində ifa olunub və duet ortaqları klipdə sevgili obrazları yaradıblar.

Rusiya şou-biznesinə qatılmağı qarşısına məqsəd qoyan müğənni son bir ildə olduqca məhsuldar çalışıb. Cahangir Qurbanov il ərzində Eldar Həsənovun müəllifi olduğu mahnılardan ibarət 3 solo albom buraxıb və “Lyubov iqra”, “Çujiye raznıye”, “Meçta” və görkəmli sənətkar Müslim Maqomayevə ithaf olunmuş mahnılara ekran həyatı verib.

Qeyd edək ki, Cahangir Qurbanov Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Müğənninin yaradıcılıq işləri ilə “Ultras Production” şirkəti məşğul olur.

Cahangir Qurbanov və Leyla Babayeva "Meçta" - Djaxanqir Kurbanov i Leyla Babaeva
"Meçta"

Aynur B.