“Çalışacağıq ki, Azərbaycana yaxşı nəticə ilə qayıdaq” - Dario

“Çalışacağıq ki, Azərbaycana yaxşı nəticə ilə qayıdaq”
Oxunma sayı: 857

"Həftəboyu oyuna yaxşı hazırlaşmışıq. Artıq rəqbimizi yaxşı tanıyrııq. Çalışacağıq ki, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirək və Azərbaycana yaxşı nəticəylə qayıdaq". 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Dario Frederiko Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubuyla cavab qarşılaşması öncəsi keçirilən mətbuat konfransında bildirib. 

Braziliyalı yarımmüdafiəçi komandasının qələbəsi üçün uzun reydlərinə üstünlük verməyə hazır olduğunu söyləyib: "Oyununmda əsas keyfiyyətlərimdən biri driblinqlərimdi. Çalışıram ki, rəqibin bir neçə futbolçusunu keçim. Bununla da hücumumuzu daha da asanlaşdırıram. Çalışacam ki, yenə üstün oyunumla seçilim".

Elsevər Məmmədov, İsrail, Tel-Əviv


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi