“Çalışırlar ki, məni də yox etsinlər”

“Çalışırlar ki, məni də yox etsinlər”
Oxunma sayı: 3451

Son günlər adı qalmaqallarda hallanan tanınmış kosmetoloq Elnarə Rzayeva oxu.az - a müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

“Dr Elnarə Rzayeva adlı mərkəz”in  rəhbəri yeni şəxsi klinikasını açandan sonra süni qalmaqalların əlindən yaxa qurtara bilmir. Səbəblər barədə kosmetoloq xanım özü açıqlama verib:
- Başlayaq özünüzün- özünüzə komment yazma məsələsindən. Həqiqətənmi Elnarə xanım paylaşdığı şəkildə özünə kommentə tərif yazıb ?
- Yazmamışdım amma o gündən sonra hər şəklimin altına şərh yazıb, özüm- özümü tərifləyirəm. Yaxşı da edirəm. Allahıma min şükür şikəst deyiləm, çirkin deyiləm, çox şükür edirəm Allah məni belə yaradıb. Niyə də özümdən narazı olum ?!


- Sualımıza cavab alaq ...
- Səhifəmi 3 xanım işlədir, illərdir yanımda olan insanlardı. Sadəcə o xanımlardan birinin anasını sağaltmışam. O da hər dəfə mənə təşəkkür edirdi. Bu dəfə çaşıb mənim səhifəmdən mənə təşəkkür yazıb. Mən də dedim nə olacaq ki ?! Olsun. Heç onu danlamadım da ... insandı səhv edib, öldürməyəcəm ki ... düşünməzdim 1 şərh bu vöyüklükdə ajiortaj yaradar. Son zamanlar rəqiblərim yenə antireklamımı güclü aparırlar. Bu da mənə müsbət təsir göstərir, həm müştəri sayım, həm də instagramdakı səhifəm artır. Ona görə heyfislənmirəm və sadəcə gülürəm. Həqiqətən mən güclü qadınam. 


- Kimdi bu antireklamı yayanlar ? 
- Estetik sahədə  ən çox uğur əldə edən, yenilik gətirən mənəm. Süni geli heç kəs mənim kimi əməliyyatsız yox edə bilmir. Gözləri götürmür, özləri milləti pis günə qoyur elə bilirlər Elnarə də elədir. Mənim hər işim yenilikdi və onlara göz dağıdır. Yeganə kosmetoloqam ki, Türkiyənin məşhur TV kanalları məni instagram vasitəsilə tapdılar, sonra əlaqə yaratdılar, sonda isə orada ən məşhur proqramların qonağı oldum. 


- Hansı verilişlərdə qonaq oldunuz?
- Show tv və Atv kanallarına müsahibə verdim. Tv 8 Acun Mediada və “İyi ki, varsın “ adlı səhər verilişində ... Türkiyədə estetik klinikama görə mükafata laiq görüldüm. Həkim olaraq yüksək səviyyədə mükafatlandırıldım. Sürpriz oldu. Bir məlumatı da nəzərinizə çatdırım ki, mərkəzimin Moskvada və Türkiyədə filialları açılır. 


- Elnarə xanım, bəzən tanınmış istedadlı xanımların qarşısını kəsmək, onların uğuruna kölgə salmaq üçün alternativ yollara əl atmaq istəyənlər olur. Sizə də, belə ləkə yaxıb, gözdən salmaq istəyənlər çoxdurmu ?
- Bəli, çoxdu. Həmişə mənə bu sual veriləndə ginekoloq Səbinə Mirzeyeva ağlıma gəlir. Sonda onun da axırına çıxdılar. Çalışırlar ki, məni də onun kimi yox etsinlər. Səbinənin qəfil ölməyinə inanmıram məncə onun ölümündə kimlərinsə əli var. Şəxsi fikrimdi, dəqiq heç nə bilmirəm. Amma mənim rəqiblərim sevinməsin ölməyə hazırlaşmıram, belə anti reklamlar məni daha da güclü edir. 

Dr Elnarə Rzayeva adlı mərkəzi yerləşir; Ünvan: Səməd Vurğun 92/ əlaqə/

 Mob; 0557766040 ev; 0125976040

instagram; https://www.instagram.com/dr_elnara_rzayeva_estetik/

 







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi