“Camaat gülür bunlara” – - Natəvan

camaat-gulur-bunlara-
Oxunma sayı: 1590


“Qafqazinfo” xəbər verir ki, müğənni deyib: “Mənim heç bir problemim yox idi əslində. Kimsə problem istəyirdi və onu da aldı nəticədə. Hamısı məhkəmədə uduzdular. Hamısı öz paylarını aldılar. Mən tək, onlar da 35 nəfər. Nə oldu axırı? Paramparça oldular hamısı, biabır oldular. Camaat gülür bunlara.”

Müğənni bu müddətdə, həmkarlarını daha yaxından tanımaq fürsəti tapdığını da bildirib: “Çox tez bir zamanda bir çoxlarını tanıdım. Bəziləri ilə uzaqdan da olsa əlaqələr var idi, amma artıq o əlaqəni də saxlamıram.”

Natəvan arxasınca danışan həmkarlarına ismarıc göndərməkdən də geri qalmayıb: “Mənim arxamca nə danışırlarsa, hamısı gəlib mənə çatır. Kimin yanında haqqımda nə danışırlarsa, danışdıqları adamlar da onların sirlərini mənə çatdırırlar”

O, aralarında problem olan həmkarları ilə yenidən barışıb-barışmayacağı haqda da danışıb: “Mən bir dəfə nöqtə qoyuram. O nöqtəni silib vergül edə bilmərəm.”

Müğənni, həmkarları ilə birlikdə hazırladığı, tanınmış rəqqasə Oksana Rəsulovaya həsr etdikləri klipdən də danışıb.