Camaata 670 min “atan” polkovnikə hökm oxundu

camaata-670-min-atan-polkovnike-hokm-oxundu
Oxunma sayı: 2323

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində özünü “FHN polkovniki” kimi təqdim edərək dələduzluq edən “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Ə.Məhərrəmov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Məhərrəmov 90 nəfərdən çox vətəndaşa özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onları işə düzəldəcəyi vədini verib. Polkovnik zərərçəkmişlərdən 670 min manat alıb qaytarmayıb.

Onun barəsində başqa bir dələduzluq faktına görə cinayət işi başladılıb və işə Nəsimi rayon məhkəməsində baxılır. 

Murad Əhməd