Camaatı virtual hədələyib pul alanlara iş istənildi

Camaatı virtual hədələyib pul alanlara iş istənildi
Oxunma sayı: 487

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kişiləri internet üzərindən qızlar vasitəsilə görüşə çağıran, orada isə hədələyərək pulunu almaqda təqsirləndirilən dəstə üzvləri - İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevaya cəza istənilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə döklət ittihamçısı çıxış edərək  İ.Meybullayev, R.Rəhimov, E.Balakişiyev və R.Xəlilovun hər birinin 14 il, A.Məmmədovun 14 il 6 ay və A.Musayevanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, İ.Qəhrəmanovun başına gələn hadisələr Puşkin küçəsi 10 saylı ünvanda yerləşən kafedə baş tutub. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İlkin Qəhrəmanovdan 50 manat, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Elxan Abbasovun 40 manat, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Sakit Qurbanovdan 65 manat, Yardımlı rayon sakini, 1986-cı il təvəllüdlü Muxtar Sətiyevdən 740 manat pulu bu kafedə alıblar. Həmin zaman zərərçəkmişlərin hər biri döyülərək xəsarət alıb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi