“Camay” Parisin təravət atəşfəşanlığını Bakıya gətirdi

camay-parisin-teravet-atesfesanligini-bakiya-getirdi
Oxunma sayı: 715


"Qafqazinfo" xəbər verir ki, Camay sabunları ilk dəfə 1926-cı ildə “xanımlar üçün ağ sabun” şüarı ilə keyfiyyətə dəyər verən alıcılar üçün hazırlanıb. Cazibədarlıq əsrlər boyu xanımları düşündürən bir sirr olub. Qadın baxımı sahəsində dünyanın ən tanınmış markalarından olan “Camay” yaratdığı məhsullar vasitəsilə bu sirrin açılmasına cəhd göstərir.

“Camay” məhsulları Azərbaycan xanımları üçün zərif fransız ətirlərini bəxş edir. İndi Siz “Camay” brendinin sabun və dezodorantlarını almaqla öz cazibədarlığınıza fərdilik əlavə edəcəksiniz. Beləliklə, Park Bulvar və 28 Mall-da qurulmuş Camay Paris küçəsinə təşrif buyurub, Siz nəinki bu gözəl şəhərin abu-havasını duya, həmçinin də Camay-in geniş qoxu çeşidindən məhz Sizin zövgünüzü oxşayanını seçə biləcəksiniz. “Vintaj”, “Natural gözəllik”, “Dinamik”, “Dejur”, “Madmuazel”, “Romantik”, “Zerlina Dübua”, “Krem ve çiyələk” və digər ətirlərdən birinin Sizin üçün yaranmış olduğunu duya bilərsiniz.

Əlavə olaraq, 2014-cü ilin iyul ayı ərzində Paris küçəsində şəkil çəkib Facebookda “check-in” edib dostları ilə paylaşan hər bir kəs, elə yerindəcə “Camay” məhsulunu hədiyyə ala biləcək.

Lakin “Camay” sürprizləri bununla bitmir. “Camay” Bakı sakinləri və şəhərin qonaqlarını bu ay ərzində həftənin şənbə günü saat 4-7 arası 28 Mall-da və bazar günü saat 3-6 arası Park Bulvarda Paris küçəsində keçiriləcək fransız musiqisi konsertinə dəvət edir.