Canavarlar Zərdabda mal-qaraya hücum edib - Fotolar

canavarlar-zerdabda-mal-qaraya-hucum-edib
Oxunma sayı: 1204

Zərdab rayonunda kəndə hücum edən canavarlar bir gecədə  iki fərdi təsərrüfata ziyan vurub.

Qafqazinfo” “APA”ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında  rayonun Bıçaqçı  kəndində baş verib.

Canavarlar gecə saatlarında kənd sakini, 1965-ci il təvəllüdlü Kamran Kamal oğlu Musayevin  fərdi təsərrüfatındakı xırda buynuzlu heyvanlardan 3-nü parçalayaraq tələf edib, 33-nü yaralayıb,  7 qoyunu isə aparıb.

 Həmin gecə digər kənd sakini, 1963-cü il təvəllüdlü Kazım Məhəmməd oğlu İbrahimov məxsus təsərrüfata hücum edən canavarlar bir qoyunu tələf edib, birini isə yaralayıb.

Son 20 gün ərzində canavarlar təkcə Bıçaqçı kəndində 35 baş xırda buynuzlu heyvanı parçalayaraq tələf edib, 50-dən çoxunu yaralayıb, 20-ni isə aparıb.