Canavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradıldı

canavarlarin-kendlere-hucumu-ile-bagli-isci-qrup-yaradildi
Oxunma sayı: 1125

Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə  daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, ETSN-nin və “Azərovçu” İctimai Birliyinin əməkdaşlarından ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədilə sözügedən ərazini nəzarətə götürərək vəhşi heyvanların sayının tənzimlənməsi ilə bağlı tədbirlər görür.