“Canıma yazıq” və “Canavar”... - Bir gündə iki mahnı

canima-yaziq-ve-canavar
Oxunma sayı: 1380

Şou-biznesin daha iki məşhuru: Səidə Sultan və Murad Arif yeni mahnılarını təqdim ediblər. 

“Qafqazinfo” xəbər verir ki, “Maşın” şoudakı qalmaqalları ilə yenidən gündəmə gələn S. Sultan “Canıma yazıq” adlı ifasını təqdim edib. 

Ritmik janrda ərsəyə gələn mahnının müəllifi Murad Zeynaldır. 

Səidə ilə eyni gündə mahnısını təqdim edən digər müğənni isə Murad Arif olub. 

Söz və musiqisi özünə məxsus olan Murad “Canavar” adlı mahnısını rəsmi "Youtube" səhifəsində yayımlayıb.