Cankorel Məzahir Pənahovla vidalaşdı

cankorel-mezahir-penahovla-vidalasdi
Oxunma sayı: 644

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya dazil olan məlumata görə, Azərbaycanda fəaliyyət müddətinin başa çatdığını qeyd edən səfir səmimi və faydalı əməkdaşlığa görə MSK sədrinə təşəkkür edib və ATƏT-lə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası arasında sıx əməkdaşlığın mövcudluğundan məmnunluğunu bildirib. O, bu əlaqələrin Azərbaycanda demokratik təsisatların daha da inkişaf etdirilməsində əhəmiyyətli olduğunu vurğulayıb.

M. Pənahov Komissiya ilə ATƏT-in arasında yaranmış səmimi və uğurlu əməkdaşlığı xatırladaraq bundan sonra da əlaqələrin yüksək səviyyədə davam etdirləcəyindən əmin olduğunu qeyd edib. O, səfirə fəaliyyəti dövründəki konstruktiv əməkdaşlığa görə minnətdarlığını bildirib.