Canlı efirdə aparıcını dodağından öpən deputat istefa verdi - Video

canli-efirde-aparicini-dodagindan-open-deputat-istefa-verdi
Oxunma sayı: 5269

Meksikalı millət vəkili Xose Maria Armenta canlı efirdə aparıcı Aleksandra Leonu dodağından öpdüyü üçün istefa verib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, deputat aparıcının etirazlarına baxmayraq qatıldığı verilişdə zorla onu öpüb. Gənc aparıcı əsəbiləşərək “Sevgilim sənə gör neyləyəcək” deyərək millət vəkilini hədələyib.

Canlı efirdən sonra sosial şəbəkələrdə sərt tənqid olunan Armenta Aleksandradan üzr istəyərək “böyük dərs” aldığını və vəzifəsindən istefa verdiyini bildirib.