Canlı efirdə rəqs etdilər

canli-efirde-reqs-etdiler
Oxunma sayı: 1495


“Qafqazinfo”nun məlumatına görə, bir aydan da az müddətdə gənclərə rəqsin sirlərini öyrədən Fatimə tələbələri ilə birgə “ANS”-in “Günəbaxan” verilişində rəqs edib. Fatimə ilk olaraq xüsusi hazırlayıb, qurduğu “Sən güləndə” Azərbaycanın milli rəqsini tələbələri ilə birgə oynayıb. Milli rəqsdə ara verdikdən sonra Fatimə tələbələrini yenidən səhnəyə çağırıb. Rəqqasə bu dəfə, özünün qurduğu hind rəqsini onlarla birgə tamaşaçılara nümayiş etdirib. 

Fatimənin tələbələri ilə rəqsləri maraqla qarşılanıb. Çıxışlarını başa vurduqdan sonra Fatimə tələbələrindən razı qaldığını deyib: “Çox şadam ki, artıq məndə müəllim, pedaqoq kimi sözümü deməyə başlamışam. Az bir müddətdə tələbələrimə öyrətdiyim rəqsin bəhrəsini bu gün hər kəs şahidi oldu. Düşünürəm ki, tələbələrimlə birgə uğurlarımızın sayı çox olacaq. Çox istəyirəm ki, Azərbaycana yen-yeni gözəl istedadlı rəqqasələr yetişdirim. Bu istəyimə nail olacağıma da inanıram. Çünki, həqiqətən də bizim millətimiz çox istedadlıdır”.