Canlı efirdə səfirə axmaq deyildi

canli-efirde-sefire-axmaq-deyildi
Oxunma sayı: 632

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, yazıçı və siyasətçi Bernar Anri Levi səfiri Suriya ilə bağlı qərarın qəbul edilməsini gecikdirməkdə ittiham edib. Parisdə televiziyalardan birinə müsahibəsində Levi BMT-dəki səfiri “axmaq” adlandırıb: “Mən indi aparıcı dünya informasiya agentliklərinin xəbərlərini oxudum. Bundan çıxış edərək, uyğun nəticə çıxarmaq istəyirəm: bəzi insanlar əsl axmaqlardır. Vitali Çurkin də onlardan biridir. Axmaq! Səfil!”

Daha sonra siyasətçi bildirib ki, heç kim Bosniya hadisələrini, Yuqoslaviyanın dağıdılmasını, həmçinin Liviyada baş verənlərin təkrarını görmək istəmir. Levi hesab edir ki, Rusiya qəsdən Suriya münaqişəsinin həllini ləngidir.