Canlı efirdə yenidən dalaşdılar

canli-efirde-yeniden-dalasdilar
Oxunma sayı: 660


“Qafqazinfo” Teleqraf.az-a (TELEQRAF İNFORMASİYA AGENTLİYİ) istinadən xəbər verir ki, ATV-nin dünəndən etibarən təqdim etdiyi anonsları xalq artisti Nazpəri Dostəliyeva alt-üst edib. Anonslarda belə təqdim olunurdu ki, “Ümid var”ın növbəti - bayram buraxılışında aralarında qalmaqal yaşanmış xalq artistləri Nazpəri Dostəliyeva ilə İlhamə Quliyevanın barışığı olacaq. Studiyanın qonağı olan İlhamə Quliyeva həmkarı barədə xoş sözlər dilə gətirib və təsdiq edib ki, N.Dostəliyevanı həqiqətən də anasının vəfatının ildönümü mərasiminə və oğlunun toyuna dəvət edib. Hətta İ.Quliyeva “titul verən” olduğunu deyərək Nazpəri Dostəliyevaya da yeni - “Şərqin nazlı pərisi” titulu verdiyini bəyan edib. Bundan sonra verilişin aparıcısı Zaur Baxşəliyev Nazpəri Dostəliyevanı da canlı efirə dəvət edib və elan edib ki, ATV-də xalq artistlərinin barışığı olacaq. Bir qədərdən sonra Nazpəri Dostəliyeva studiyaya zəng edib. Lakin o, gözlənilmədən İlhamə Quliyevanın üstünə gedib və heç kəsdən qorxmadığını bildirib. N.Dostəliyeva İlhamə Quliyevanın ona qarşı dəfələrlə haqsızlığa yol verdiyini deyən xalq artisti buna baxmayaraq böyüklük edərək yas mərasimi ilə bağlı dəvəti qəbul etdiyini bildirib. Üstəlik əlavə edib ki, o, İlhamə Quliyevanı bağışlayır. Bu isə İlhamə Quliyevanı özündən çıxarıb və nəticədə ATV-nin canlı efirində xoşagəlməz anlar yaşanıb. N.Dostəliyevadan başqa açıqlama gözləyən aparıcı Z.Baxşəliyev N.Dostəliyevanın fikirlərini davam etdirməyə imkan verməyib və açıq şəkildə İlhamə Quliyevanın tərəfində dayanıb. İ.Quliyeva isə öz növbəsində fikrindən daşındığını və N.Dostəliyevaya qarşı məhkəmə iddiasının üzərində dayanacağını bəyan edib: “Əslində şikayətçi tərəf mənəm və mən onu bağışlamışdım. Əgər iş belə oldusa, onda mən onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edəcəm. Vəkilim də buradadır. Xahiş edirəm bu işin üstünə düşün. Mən yemirəm, yedizdirirəm”.