Canlı yayıma gətirdiyi ilanın qurbanı oldu - Video

canli-yayima-getirdiyi-ilanin-qurbani-oldu
Oxunma sayı: 10128

Rusiyalı məşhur video bloqqer Arslan Balayev faciəvi şəkildə dünyasını dəyişib.

“Qafqazinfo” “Axşam.az”a istinadən xəbər verir ki, ekzotik heyvanlardan bəhs edən “Bob cat TV”nin sahibi Arslan növbəti dəfə canlı yayıma qoşulduqda həyatını itirib.

Belə ki, tamaşaçılara Mamba ilanını göstərmək istəyən Balayev özü onun qurbanına çevrilib.

İlan Arslanı sancıb və o, canlı yayımda özündən gedib. Dərhal xəstəxanaya çatdırılan bloqqerin həyatını həkimlər xilas edə bilməyib.

Məlumata əsasən, hadisədən bir neçə gün öncə Arslan xanımı Yekaterinadan ayrılmış və bu ona pis təsir etmişdi.