Canlı yayımda 2 milyon dolları oğurlandı - Fotolar

Canlı yayımda 2 milyon dolları oğurlandı
Oxunma sayı: 1261

Yan Balina adlı şəxs “YouTube” platformasında kriptovalyuta haqqında canlı yayım edərkən hakerlər onun hesablarını ələ keçiriblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, hakerlərin hücumuna məruz qaldığını hiss etmədən yayımı 15 dəqiqə davam etdirib.

Yalnız bir neçə saatdan sonra yenidən yayım etmək istəyərkən məsələdən agah olub.

Məlumata görə, hakerlər onun 20 milyon ədəd “Nucleus Bision”, 2 milyon ədə “Pareto Network” və 1 milyon ədəd “Loom” adlı kriptovalyutalarını oğurlayıblar. Bunların isə ümumi dəyəri 2 milyon dollar təşkil edib.

Qeyd edək ki, son zamanlar kriptovalyutalar hakerlərin əsas hədəflərinə çevrilib.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi